Həftəsonu 83 axtarışda olan şəxs saxlanılıb
Həftəsonu ölkə üzrə keçirilən əməliyyat tədbirləri nəticəsində ümumilikdə 83 nəfər axtarışda olan şəxs saxlanılıb. Milli.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, onlardan 54 nəfəri borclu şəxs qismində axtarışda olub və aidiyyəti qurumlara təhvil verilib. Bundan başqa, iyunun 13-14-də aparılan əməliyyatlar zamanı dələduzluq cinayəti üzrə axtarışda olan 8 nəfər də tutularaq istintaqa təqdim edilib.

Şərh verin