İki helikopter havada toqquşub satış mərkəzinə çırpıldı — Sağ qalan olmadı - Fotolar

Braziliyanın Rio-de-Janeyro şəhərində iki helikopterin havada toqquşması nəticəsində 6 nəfər həyatını itirib. “Qafqazinfo” xəbər verir ki, qəza zamanı helikopterlərdən biri şəhərdə avtomobil satış mərkəzinin üzərinə düşərək güclü yanğına səbəb olub. Rəsmilərin açıqlamasına görə, helikopterlərdən birində bir pilot və dörd sərnişin, digərində isə yalnız pilot olub. Hadisədən sağ qalan olmayıb. Toqquşmadan sonra yerə düşən helikopterlərdən biri elektrikli avtomobillərin satıldığı mərkəzə çırpılıb və partlayış baş verib. Nəticədə ərazidə yanğın genişlənib, təxminən 20 avtomobil yanaraq yararsız hala düşüb. Digər helikopter isə təxminən 100 metr məsafədə yerə çırpılıb və alovlanmayıb. Hadisə nəticəsində helikopter qalıqlarının geniş əraziyə yayıldığı bildirilir. Yanğınsöndürmə briqadaları alovu nəzarət altına alaraq söndürüblər. Hadisənin səbəbi hələlik məlum deyil və araşdırma aparılır.