Vuçiç ilk dəfə Gürcüstanda
Serbiya Prezidenti Aleksandr Vuçiç Gürcüstana rəsmi səfər edib. Milli.Az xəbər verir ki, onu Tbilisi Beynəlxalq Hava Limanında Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili qarşılayıb. Vuçiç səfər çərçivəsində gürcüstanlı həmkarı Mixeil Kavelaşvili ilə görüşəcək. Dövlət başçıları ikitərəfli əməkdaşlıq və tərəfdaşlıq məsələlərini müzakirə edəcəklər. Qeyd edək ki, bu səfər Serbiya liderinin Gürcüstana ilk səfəridir. Mixiel Kavelaşvili ötən ilin dekabrında Belqradda rəsmi səfərdə olarkən serbiyalı həmkarını Gürcüstana dəvət etmişdi.

Şərh verin