Gəncədə iki avtomobil toqquşub - xəsarət alanlar var
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Milli.Az-ın məlumatına görə, qəza şəhərin Atatürk prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza nəticəsində 1984-cü il təvəllüdlü Q.Mehdiyev, 1977-ci il təvəllüdlü A.Bədirov, 1985-ci il təvəllüdlü R.Cəfərov və 2016-cı il təvəllüdlü Q.Mehdiyev xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, onların vəziyyəti orta ağır qiymətləndirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. Milli.Az

Şərh verin