Köhnə Günəşlidə binada yanğın - VİDEO

Bakının Xətai rayonunun Köhnə Günəşli qəsəbəsində yanğın baş verib. Milli.Az axar.az-a istinadən bildirir ki, hadisə General Əliağa Şıxlinski küçəsində yerləşən yaşayış binalarından birində qeydə alınıb. İlkin məlumata görə, yanğın nəticəsində xəsarət alan yoxdur. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Milli.Az