“Turan Tovuz” avrokuboka buraxılmadı - CAS-dan yekun qərar
İdman Arbitraj Məhkəməsi (CAS) "Turan Tovuz"un müraciəti ilə bağlı qərarını açıqlayıb. Klubdan Milli.Az-a verilən məlumata görə, qurum UEFA Appelyasiya Orqanının qərb təmsilçisi haqqında 2 iyun tarixində verdiyi qərarı qüvvədə saxlayıb. 15 iyun tarixində verilən qərara əsasən "Turan Tovuz" UEFA Konfrans Liqasının 2025/2026 mövsümündə iştirak etməyəcək. Milli.Az

Şərh verin