Yaşadığı evin zirzəmisində yanaraq öldü

Ağstafada yanğın olub. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Qaçaq Kərəm kəndində 1975-ci il təvəllüdlü Elman Əliyevin yaşadığı ünvanın zirzəmisində qeydə alınıb. Yanğın söndürüldükdən sonra evin zirzəmisindən E.Əliyevin yanmış meyiti aşkar edilib. Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma başlanılıb. Yunis Quliyev