Azərbaycanın bir sıra bölgələrində yağışlı hava davam edir

Ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur, bir sıra rayonlarda güclü yağışlar qeydə alınıb. Milli.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin iyunun 16-sı saat 09:00-a olan məlumatına əsasən, Azərbaycanın əksər bölgələrində yağışlı hava davam edir, bəzi ərazilərdə isə şimşək çaxır. Ayrı-ayrı rayonlarda yağıntılar intensiv xarakter alıb. Ən çox yağıntı Qusarda (30 mm) və Şabranda (28 mm) qeydə alınıb. Kişçayda (Şəki) 22 mm, Oğuzda 15 mm, Quba və Sarıbaşda (Qax) 14 mm, Xızı və Gədəbəydə 10 mm yağıntı düşüb. Bundan başqa, Şamaxıda 7 mm, Qobustanda 6 mm, Göyçay, Lerik, Xaltan və Şahbuzda 5 mm, Qəbələdə 4 mm, Astara və Zaqatalada 3 mm, Şahdağda isə 2 mm yağıntı qeydə alınıb. Daşkəsən, Qax, İsmayıllı, Kürdəmir, Sabirabad, Biləsuvar, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa və Xankəndidə isə yağıntının miqdarı 1 millimetr olub.