Ukraynada məzun qızlar müharibədə ölən atalarının məzarları önündə - VİDEO

Ukraynada məzun qızlarla ataları arasında yaşanan duyğusal anlar sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. Milli.Az xəbər verir ki, məzuniyyət günündə çəkilən görüntülər müharibənin ailələr üzərində buraxdığı izləri bir daha nümayiş etdirib. Bəzi məzunlar həyatlarının ən önəmli günlərindən birində Rusiya-Ukrayna müharibəsində həlak olmuş atalarının məzarlarını ziyarət edərək onların xatirəsini yad ediblər. Kövrək anların əks olunduğu kadrlarda gənc qızların məzun geyimində atalarının məzarı önünə gül dəstələri qoyduğu və duyğularına hakim ola bilmədiyi görünür. Digər görüntülərdə isə cəbhədə xidmət edən bəzi ataların övladlarına sürpriz etdiyi əks olunub. Məzuniyyət mərasimlərinə gözlənilmədən qatılan hərbçi atalar övladları ilə görüşərək unudulmaz anlar yaşayıblar. Həm sevinc, həm də kədərin bir araya gəldiyi bu görüntülər izləyiciləri duyğulandırıb və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Musa