Qəbələdə ev yandı - Yaralanan var
Qəbələ rayonunda fərdi yaşayış evində baş verən yanğın xəsarətlə nəticələnib. Milli.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə rayonun Mirzəbəyli kəndində qeydə alınıb. Ümumi sahəsi 150 kvadratmetr olan birmərtəbəli, üçotaqlı evin yanar konstruksiyaları alovlara bürünüb. Yanğın zamanı bir nəfər xəsarət alıb. Hadisə yerinə cəlb olunan yanğından mühafizə bölmələrinin müdaxiləsi nəticəsində alov söndürülüb və yaxınlıqdakı tikililər yanğından qorunub. Faktla bağlı araşdırma aparılır.

Şərh verin