Netanyahu: "İranın nüvə silahına sahib olmasına imkan verilməyəcək"

İsrailin Baş naziri Benyamin Netanyahu İranın nüvə proqramından qaynaqlanan təhlükənin aradan qaldırılması İsrail və ABŞ-nin hərbi əməliyyatlarının əsas nəticələrindən biri olmasını bildirib. Milli.Az xəbər verir ki, onun sözlərinə görə, əməliyyatlar zamanı nüvə obyektləri, raket infrastrukturu və istehsal müəssisələrinə zərbələr endirilib, həmçinin İran iqtisadiyyatına ciddi ziyan vurulub. Netanyahu vurğulayıb ki, İranın nüvə silahına sahib olmasına imkan verilməyəcək və bu məsələdə İsrail öz mövqeyini qoruyacaq. Baş nazir həmçinin qeyd edib ki, əldə olunan nəticələrə baxmayaraq, təhlükə tam aradan qalxmayıb və ölkə bundan sonra da müdafiə tədbirlərini davam etdirəcək. Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)