Kürdəmirdə maşınlar aşdı — Sürücülər xəsarət aldı
Kürdəmirdə iki yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, Atakişli kənd sakini, 2003-cü il təvəllüdlü Eynulla Əsgərovun idarə etdiyi “Ravon” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Həmçinin rayonun Sovka kənd sakini, 2002-ci il Toğrul Ağayevin idarə etdiyi “Vaz-21015” markalı avtomobil aşıb. Nəticədə, hər iki sürücü müxtəlif xəsarətlər alıblar. Faktlarla bağlı araşdırma başlanılıb. Yunis Quliyev

Şərh verin