Cəbrayılın Şükürbəyli kəndinə daha 196 sakin köçürüldü

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç prosesi həyata keçirilib. Milli.Az xəbər verir ki, kəndə köçürülən ailələr indiyədək ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşan keçmiş məcburi köçkünlərdir. Bu mərhələdə Şükürbəyli kəndinə ümumilikdə 45 ailə, yəni 196 nəfər sakin yola salınıb. Doğma torpaqlarına qayıdan sakinlər göstərilən diqqət və qayğıya görə dövlət rəhbərliyinə təşəkkürlərini ifadə ediblər. Onlar eyni zamanda ərazilərin azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusunun hərbçilərinə minnətdarlıqlarını bildirib, Vətən uğrunda canından keçən şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)