Messidən tarixi het-trik: Dünya çempionatlarında qol sayına görə Klozeyə çatdı

DÇ-2026-nın qrup mərhələsində Argentina millisinin lideri Lionel Messi növbəti rekorduna imza atıb. Milli.Az xəbər verir ki, Əlcəzair yığmasına qarşı keçirilən qarşılaşmada het-trik edən argentinalı futbolçu dünya çempionatları tarixinin ən məhsuldar bombardirləri sırasında almaniyalı Miroslav Klozenin göstəricisinə çatıb. Messi görüşdə 17-ci, 60-cı və 76-cı dəqiqələrdə rəqib qapısına yol taparaq komandasının qələbəsində əsas pay sahibi olub. Bu qollardan sonra onun dünya çempionatlarındakı ümumi qol sayı 16-ya yüksəlib. Beləliklə, Argentina millisinin kapitanı mundial tarixinin ən çox qol vuran futbolçuları siyahısında Miroslav Klozeyə şərik olub. Qeyd edək ki, Lionel Messi hazırda ABŞ-nin "İnter Mayami" klubunun formasını geyinir. O, Argentina yığması ilə 2022-ci ildə dünya çempionu olub, 2014-cü ildə isə mundialın gümüş medalını qazanıb. Səkkiz dəfə "Qızıl top" mükafatına layiq görülən ulduz futbolçu bu göstərici üzrə də rekord sahibidir. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)