Tovuzda çayda və kanalda batan 2 nəfərin meyiti tapıldı — Fotolar - Yenilənib

Tovuz rayonunda çayda batan 22 yaşlı gəncin meyiti tapılıb. “Qafqazinfo” xəbər verir ki, hadisə Tovuz çayının Dondar Quşçu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Məlumata görə, Ağdam rayon sakini İlham Şirinov Bakı şəhərindən Tovuz rayonunun Dondar Quşçu kəndində yaşayan qohumlarının evinə qonaq gəlib. Son günlər yağan intensiv yağışlar səbəbindən Tovuz çayında suyun səviyyəsi yüksəlib, axının sürəti artıb. Bir müddət əvvəl çayda itkin düşən gəncin axtarışlarına aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Aparılan axtarış tədbirləri nəticəsində İlham Şirinovun meyiti çaydan tapılaraq çıxarılıb. Hadisənin təfərrüatı Tovuz Rayon Prokurorluğunda araşdırılır. *** Bundan başqa, rayonun Düz Cırdaxan kəndi ərazisindən keçən “Ağstafa” su kanalının “Məhsul” arena yaxınlığından keçən hissəsində batan Dəmirov Sərxan Qüdrət oğlunun meyiti də aşkar edilərək təhvil verilib. Yunis Quliyev