Məhkumun həbsdən əvvəl gizlətdiyi silahlar tapıldı

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi tərəfindən birgə əməliyyat tədbiri həyata keçirilib. Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində Penitensiar xidmətin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumun əvvəlcədən gizlətdiyi silah-sursat aşkar edilib. Belə ki, məhkumun həbs olunmazdan əvvəl Göygöl rayonu, Çaylı kəndi ərazisində gizlətdiyi 2 ədəd "Toz-8" markalı odlu silah, həmin silahlara aid 13 ədəd patron və 1 ədəd süngü bıçaq aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)