Ukraynadan unikal "Aşan" əməliyyatı: 800 zirehli texnika məhv edildi

Ukrayna ordusunun keçirdiyi "Aşan" əməliyyatı zamanı təxminən 1000 ədəd PUA üç gün ərzində 800 Rusiya zirehli texnikasını məhv edib. Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna müdafiə naziri Mixail Fyodorov deyib. "Bu əməliyyat sayəsində ruslar altı ay ərzində genişmiqyaslı zirehli hücumlar həyata keçirə bilməyib. Bu yaxınlarda sözügedən əməliyyatın ikinci mərhələsi başladı: artilleriya lüləsini yarıb keçən xüsusi mərmi hazırlandı və cəmi iki gecə ərzində təxminən 250 Rusiya artilleriya qurğusu məhv edildi", - o bildirib. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)