Portuqallar Konqo ilə bacara bilmədi — Video-Yenilənib
Dünya çempionatında qrup mərhələsinin oyunları davam edir. “Qafqazinfo” xəbər verir ki, favoritlərdən Portuqaliya bu gün ilk oyununa çıxacaq. Kriştianu Ronaldo da 6-cı dünya çempionatında oynayacaq. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Dünya çempionatı I tur 21:00: Portuqaliya - Konqo DR. *** Komandaların start heyətləri bəlli olub: Portuqaliya: Kosta, Kanselo, Arauxo, Veiqa, Mendeş, Vitinya, Bernardo Silva, Joau Neveş, Bruno Fernandeş, Kriştiano Ronaldo, Pedro Neto. Ehtiyat oyunçular: Joze Sa, Rui Silva, Semedu, Dias, Dalot, İnasio, Kosta, Nuneş, Neveş, Ramuş, Feliks, Trinkan, Leau, Gedeş, Konseysao. Konqo Demokratik Respublikası: Mpasi-Nzau, Van-Bissaka, Kapuadi, Tuanzebe, Mbemba, Masuaku, Mukau, Mutussami, E. Kayembe, Bakambu, Vissa. Ehtiyat oyunçular: Fayulu, Epolo, Batubinsika, Y. Kayembe, Kalyulu, Bonqonda, Sadiki, Tşibola, Pikel, Sipenqa, Kakuta, Elia, Mayele, Banza. *** Matç başladı. *** 6-cı dəqiqədə Joau Neveş hesabı açır. *** Konqo DR hesabı bərabərləşdirir. Yoane Vissa 45-ci dəqiqədə qol vurur. *** Fasilə. *** İkinci hissə başladı. *** 54-cü dəqiqədə Joau Neveş dubl etsə də, ofsayd səbəbindən qol qeydə alınmır. *** Matç 1:1 hesabı ilə başa çatır.

Şərh verin