Ölkədə nikah və boşanmaların sayı azalıb

Azərbaycanda nikahların sayında azalma müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-aprel aylarında ölkədə 11 min 422 nikah və 6 min 443 boşanma faktı rəsmiləşdirilib. Statistik göstəricilər göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 4,4-dən 3,4-ə enib. Boşanmaların sayında da cüzi azalma qeydə alınıb. Belə ki, hər 1000 nəfərə düşən boşanma göstəricisi 2,0-dan 1,9-a düşüb. Beləliklə, ölkədə həm nikahların, həm də boşanmaların sayında azalma tendensiyası müşahidə edilir. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)