Xətai rayonunda küçədə 43 yaşlı kişi qəfil vəfat etdi

Bakının Xətai rayonunda küçədə ölüm hadisəsi baş verib. Məlumata görə, hadisə Nəsirəddin Tusi küçəsində qeydə alınıb. Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Ramin Şahməmməd oğlu Teymurşahovun səhhəti qəfil pisləşib. O, ətrafdakıların kömək göstərməsinə baxmayaraq hadisə yerində həyatını itirib. Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)