“İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik” — Yenilənib
“Biz infrastruktura çox böyük sərmayələr yatırırıq. Nəinki ölkə daxilində infrastruktura diqqət yetiririk, eyni zamanda, ölkənin hüdudlarından kənarda, beynəlxalq ölçüyə malik infrastruktur layihələri ilə məşğul oluruq”. “Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında deyib. Dövlət başçısı vurğulayıb ki, biz Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirməyə çalışırıq. Prezident həmçinin qeyd edib ki, iqtisadiyyatımızın şaxələndirilməsi artıq reallıqdır, lakin biz birmənalı olaraq səylərimizi davam etdirəcəyik. “Xarici borcumuza gəldikdə, biz müəyyən işlər görmüşük. Son illər ərzində nailiyyətlər var və bu gün planlarımız daha genişdir”, - dövlət başçısı qeyd edib. *** İlham Əliyev vurğulayıb ki, biz iqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik. Ölkəmizdə həyata keçirilən sosial proqramlara da toxunan dövlət başçısı deyib: “Onlar genişmiqyaslı proqramlardır. Son bir neçə il ərzində biz bir sıra sosial dəstək paketlərini həyata keçirmişik”. *** İlham Əliyev qeyd edib ki, Azərbaycanın daşımalar qovşağına çevrilməsi istiqamətində səylərimizi davam etdirəcəyik. Dövlət başçısı həmçinin vurğulayıb ki, biz Azərbaycan vasitəsilə daşınan yüklərin həcminin iki dəfə artırılmasını istəyirik.

Şərh verin