49 yaşlı dünya ulduzu fit bədəni və “robot rəqsi” ilə diqqət çəkdi - VİDEO
Kolumbiyalı dünya ulduzu Şakira konsertindən yayılan görüntülərlə yenidən gündəmə gəlib. Milli.Az-ın məlumatına görə, müğənninin səhnə performansı sosial şəbəkələrdə geniş maraq doğurub. Konsert zamanı pərəstişkarlarının qarşısına çıxan 49 yaşlı sənətçinin fit bədən quruluşu və enerjili səhnə çıxışı diqqət mərkəzinə düşüb. Şakiranın bodidə xüsusi səhnə şousu və "robot rəqsi" kimi təqdim olunan hərəkətləri izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Sosial media istifadəçiləri onun performansını yüksək qiymətləndirərək çoxsaylı şərhlər yazıblar. Qısa zamanda yayılan görüntülər geniş müzakirələrə səbəb olub və dünya ulduzunun səhnə enerjisi bir daha gündəmə gəlib. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin