O da viza ala bilmədi, matçı buraxacaq
Kot-d'İvuar millisinin hücumçusu Elye Vai Kanada vizası problemi səbəbindən DÇ-2026-nın Almaniyaya qarşı keçiriləcək oyununu buraxacaq. Milli.Az xəbər verir ki, bu barədə Kot-d'İvuar Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Futbolçu lazımi icazələri ala bilmədiyi üçün komanda ilə birlikdə Kanadaya yollana bilməyib və ABŞ-da qalaraq yığmanın qayıdışını gözləyəcək. Qeyd edək ki, Vai Kanada vizası problemi səbəbindən dünya çempionatında oyun buraxan ikinci futbolçudur. Daha əvvəl Qana millisinin yarımmüdafiəçisi Tomas Parti də eyni problemlə üzləşib. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin