Cavan Zeynallının səhhətində problem yarandı
Xalq artisti Cavan Zeynallının səhhətində problem yaranıb. Milli.Az xəbər verir ki, bunu aparıcı Mətanət Əliverdiyeva "Xəzər axşamı" verilişində deyib. O, bildirib ki, sənətçi səhhətində yaranan problemə görə proqrama gələ bilməyib: "Cavan Zeynallı verilişimizdə olmalı idi. Özünü nasaz hiss etdiyi üçün gəlmədi. Allah ona ömür versin. Gələn verilişlərdə Cavan müəllimi burada gözləyirik". Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin