Azərbaycanlı gənc Qara dənizdə boğuldu — Foto

Gürcüstanda azərbaycanlı gənc faciəvi şəkildə ölüb. “Qafqazinfo” xəbər verir ki, 21 yaşlı Elnur Nəbiyev Quriya rayonunun Ureki turist qəsəbəsində - Qara dənizdə boğulub. Qeyd edək ki, mərhum Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun Ağaməmmədli kəndinin sakini olub.