Polis bir gündə 11 ədəd odlu silah aşkarladı
İyunun 18-də Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-profilaktik tədbirlər zamanı paytaxt və respublikanın müxtəlif rayonlarında qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb. Milli.Az xəbər verir ki, keçirilən tədbirlər nəticəsində 1 avtomat, 1 pulemyot, 9 tüfəng, 1 patron darağı və 9 ədəd patron müsadirə olunub. DİN-dən bildirilib ki, qanunsuz odlu silahların aşkar edilərək dövriyyədən çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin