“Botanica Residence”in rəsmi təqdimatı oldu — Təbiət və şəhər həyatının harmoniyası-Foto
18 iyun tarixində Four Seasons Hotel Baku-da “PMD Group” MMC və “Kensington” MMC-nin birgə layihəsi olan “Botanica Residence”in rəsmi təqdimat və açılış mərasimi uğurla baş tutub. Britaniyanın beynəlxalq təcrübəyə malik Chapman Taylor şirkəti tərəfindən hazırlanan layihə tədbir iştirakçılarına təqdim olunub. Tədbirdə dövlət qurumlarının nümayəndələri, biznes və media təmsilçiləri, investorlar, eləcə də layihənin tərəfdaşları iştirak ediblər. “Botanica Residence” Bakı daşınmaz əmlak bazarına premium yaşayış anlayışına yeni baxış gətirən, şəhər dinamikası ilə təbiətin harmoniyasını bir araya gətirən unikal yaşayış layihəsidir. Layihənin əsas fəlsəfəsi sakinlərə sadəcə mənzil deyil, daha yüksək həyat keyfiyyəti, rifah və balanslı yaşam təcrübəsi təqdim etməkdir. Layihə 4 yaşayış binasından ibarətdir və ümumilikdə 359 premium mənzili və 4 penthausu əhatə edir. Kompleksdə 2 bina 22 mərtəbəli, digər 2 bina isə 18 mərtəbəli olaraq layihələndirilib və kompleksin ümumi sahəsi 1.8 hektar ərazini əhatə edir. “Botanica Residence”in fərqləndirici xüsusiyyətlərindən biri onun yaşıl yaşam konsepti üzərində qurulmasıdır. Layihə sakinlərinə şəhərin mərkəzinə yaxın olmaqla yanaşı, eyni zamanda təbiətlə gündəlik əlaqədə yaşamaq imkanı yaradır. Kompleksin Mərkəzi Nəbatət Bağına yaxın yerləşməsi layihəyə xüsusi dəyər qazandırır. Bu strateji lokasiya sayəsində sakinlər həm şəhərin bütün üstünlüklərindən faydalanır, həm də yaşıllıq, təmiz hava və sakitliklə əhatə olunan lüks mühitdə yaşayırlar. Botanica Residence yalnız memarlıq və lokasiya üstünlükləri ilə deyil, həm də təqdim etdiyi fərqli yaşam konsepti ilə seçilir. Geniş yaşıllıq zonaları, ailə yönümlü ictimai məkanlar, istirahət sahələri, sağlam və aktiv həyat üçün yaradılmış imkanlar layihəni bazardakı analoji təkliflərdən fərqləndirir. Burada hər detal sakinlərin fiziki, zehni və emosional rifahını dəstəkləmək üçün düşünülüb. Layihə Azərbaycanın aparıcı daşınmaz əmlak şirkətlərindən biri olan PMD Group-un təcrübəsi və Kensington şirkətinin beynəlxalq baxışından ilham alan yanaşma əsasında formalaşdırılıb. “PMD Group” MMC ölkəmizdə daşınmaz əmlakın inkişafı, investisiyası və idarə edilməsi sahəsində fəaliyyət göstərən aparıcı şirkətdir. PMD Group layihələri yenilikçi yanaşmanı, müasir dizaynı və funksionallığı bir araya gətirir. Şirkət illər ərzində həyata keçirdiyi uğurlu yaşayış və kommersiya layihələri ilə bazarda güclü reputasiya formalaşdırıb. Kensington isə beynəlxalq standartlara əsaslanan layihə idarəçiliyi, lüks seqment üzrə təcrübəsi və müasir “urban development” yanaşması ilə “Botanica Residence”in dəyərini daha da artıran əsas tərəfdaşlardan biridir. “Botanica Residence” təbiətə daha yaxın, daha balanslı və rahat həyat tərzi axtaranlar üçün nəzərdə tutulub. Layihədə memarlıq, yaşıllıq və gündəlik komfort bir-birini tamamlayaraq sakinlər üçün şəhərin içində fərqli yaşayış təcrübəsi formalaşdırır. Daha ətraflı məlumat üçün layihənin rəsmi vebsaytını ziyarət edə bilərsiniz: https://botanicaresidence.az/

Şərh verin