Ecenin ölümü ilə bağlı yeni detal: Aktrisa meymun dişləməsindən vəfat edib?
Gənc yaşda vəfat edən aktrisa Ece İrtemin ölümü ilə bağlı yeni məqam ortaya çıxıb. Milli.Az xəbər verir ki, aktrisanın vəkili Uğur Gökkoyun yazılı açıqlamasında bildirib ki, Ece İrtemin sol qolunda üç çapıq izi aşkar edilib. Ailə üzvlərinin sözlərinə görə, aktrisa bir müddət əvvəl Taylanda səfəri zamanı meymun tərəfindən dişlənib. Vəkilin sözlərinə görə, bu məsələ ilə bağlı mütəxəssislərlə məsləhətləşmələr aparılıb və meymun dişləmələrinin bəzi hallarda sepsis də daxil olmaqla ciddi, hətta ölümcül fəsadlara səbəb ola biləcəyi müəyyən edilib. Bu səbəbdən prokurorluğa müraciət edilərək yarılma zamanı meymun dişləməsinin mümkün təsirlərinin də araşdırılması xahiş olunub. Qeyd edək ki, Ece İrtem 15 iyun 2026-cı ildə evində vəfat edib. Onun ölüm səbəbi ilə bağlı araşdırmalar davam edir. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Şərh verin