Vyetnama səfər edənlər üçün vacib yenilik: Elektron qeydiyyat tələb olunur

Vyetnam hökuməti ölkəyə gələn xarici vətəndaşlar üçün yeni tələbi qüvvəyə mindirir. Milli.Az xəbər verir ki,məlumata görə, iyunun 22-dən etibarən Nyaçanq da daxil olmaqla ölkənin bütün beynəlxalq hava limanları vasitəsilə Vyetnama daxil olan turistlər elektron gəliş kartını doldurmalı olacaqlar. Yeni qaydaya əsasən, səyahətçilərdən pasport və viza məlumatları, həmçinin ölkədə qalacaqları ünvan və səfər müddəti barədə məlumat təqdim etmələri tələb olunacaq. Vyetnam İmmiqrasiya Xidmətinin portalında yerləşdirilən məlumata əsasən, elektron formanı ölkəyə girişdən ən azı 72 saat əvvəl doldurmaq mümkündür. Müraciət tamamlandıqdan sonra sistem tərəfindən xüsusi QR kod yaradılır. Turistlər həmin QR kodu ölkəyə giriş zamanı pasport nəzarəti əməkdaşlarına təqdim etməlidirlər. Qeyd olunur ki, yeni sistem sərhəd-keçid prosedurlarının sürətləndirilməsi və məlumatların daha effektiv idarə olunması məqsədilə tətbiq edilir. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)