Anar İsrafilov da TƏBİB-dən getdi

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyində (TƏBİB)​ növbəti mühüm kadr dəyişikliyi baş verib. “Qafqazinfo” Bakupost.az-a istinadən xəbər verir ki, TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov vəzifəsindən ayrılıb. Bununla bağlı TƏBİB sədri Anar Bayramov əmr imzalayıb. Qeyd edək ki, TƏBİB-in sabiq icraçı direktoru Vüqar Qurbanov vəzifədən ayrıldıqdan sonra onun səlahiyyətləri müavini Anar İsrafilova həvalə edilmişdi .