148 axtarışda olan şəxs saxlanıldı
Azərbaycanda iyunun 19-da axtarışda olduğuna görə ümumilikdə 148, o cümlədən borclu şəxs qismində axtarışda olan 125 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, ötən gün həmçinin ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin