26 yaşlı gənc Qarabağ kanalında batdı

Yevlax rayonunda bədbəxt hadisə baş verib. “Qafqazinfo”nun xəbərinə görə, hadisə Qarabağ kanalının Malbinəsi kəndindən keçən hissəsində qeydə alınıb. Məlumata görə, 2000-ci il təvəllüdlü Nadirov Mahir Oruc oğlu kanalda batıb. Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri cəlb olunub. Hazırda nazirliyin axtarış-xilasetmə qrupu tərəfindən gəncin tapılması istiqamətində axtarış işləri aparılır. Faktla bağlı araşdırma davam edir. Ziya Əmirxanlı