Çimərliklərdə 24 dərəcə isti olacaq
İyunun 21-də Abşeron çimərliklərində 24 dərəcəyədək isti olacaq. Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, gün ərzində şimal-qərb küləyi əsəcək, bəzi ərazilərdə küləyin arabir güclənəcəyi gözlənilir: “Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada 21-22 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda isə suyun temperaturu 23-24 dərəcə isti olacaq”.

Şərh verin