16 yaşlı yeniyetməni maşın vurub öldürdü

Qəbələdə 16 yaşlı yeniyetməni avtomobil vuraraq öldürüb. “Qafqazinfo”nun məlumatına görə, dünən saat 22 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisindən keçən hissəsində Rabil Abdullayev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə 16 yaşlı Yusif Əhmədlini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. Mübariz Muradov