Yevlaxda kanalda boğulan 26 yaşlı kişinin meyiti tapılıb
Yevlax rayonunda Yuxarı Qarabağ kanalında boğularaq ölən 26 yaşlı kişinin meyiti tapılıb. Milli.Az oxu.az -a istinadən xəbər verir ki, hadisə Malbinəsi kəndi ərazisində qeydə alınıb. Kanalda batan 2000-ci il təvəllüdlü Mahir Oruc oğlu Nadirovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, Hadisə dünən baş verib. Rayonun Qoyunbinəsi kənd sakini, 2000-ci il təvəllüdlü Mahir Oruc oğlu Nadirov Yuxarı Qarabağ su kanalında çimərkən suda batıb. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin