ABŞ-də təyyarə qəzası - ölənlər var

Gecə saatlarında ABŞ-nin Merilend ştatında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb. Milli.Az xəbər verir ki, təyyarənin qəzaya uğraması nəticəsində üç İsrail vətəndaşı - pilot və iki sərnişin həyatını itirib. Qəzanın səbəbi hələlik məlum deyil. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)