DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanını darmadağın edib

Futbol üzrə 2026-cı il dünya çempionatının H qrupunda keçirilən oyunda İspaniya millisi Səudiyyə Ərəbistanını böyük hesabla məğlub edib. Milli.Az xəbər verir ki, qarşılaşma İspaniya yığmasının 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. İspanların heyətində Lamin Yamal 10-cu dəqiqədə hesabı açıb. Mikel Oyarzabal isə 21-ci və 24-cü dəqiqələrdə fərqlənərək dubla imza atıb. Səudiyyə Ərəbistanının müdafiəçisi Həsən Əl-Tambakti 49-cu dəqiqədə avtoqol müəllifi olub. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)