Manevr qaydasını pozub motosikleti vurdu — Anbaan video-Yenilənib
Bakıda manevr qaydalarını pozan minik avtomobili motosikleti vurub. “Qafqazinfo” xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində baş verib. Belə ki, Şıxəli Qurbanov küçəsinin Şamil Əzizbəyov küçəsi ilə kəsişməsində “Chevrolet Cobalt” markalı avtomobil kəskin manevr edərək öz yolu ilə gedən motosikleti vurub. Nəticədə motosikletçi yolun hərəkət hissəsinə yıxılaraq xəsarət alıb. Baş vermiş hadisə digər avtomobilin kamerası tərəfindən anbaan lentə alınıb. *** “Yasamal rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı motosiklet sürücüsü yüngül xəsarət alıb”. Bu barədə “Qafqazinfo”ya Bakı şəhər Baş Polis İdarəsinin DYP Idarəsindən bildirilib. Qeyd edilib ki, İlqar Abil oğlu Müslümlü idarə etdiyi “Chevrolet" markalı, 77-YG-318 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən Mahir Vasif oğlu Nağıyevin idarə etdiyi TVS markalı, 99-K-795 dövlət nömrə nişanlı motosikleti vurub. Nəticədə motosikletin sürücüsü yüngül xəsarət alıb. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Şərh verin