Buzlar əridi... — Elvin əsas heyətə qayıtdı - Video

Elvin Cəfərquliyev “Qarabağ”ın əsas komandasına qayıdıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o bu gün məşqə qoşulub. Qeyd edək ki, futbolçu artıq komanda ilə Avstriyadakı təlim-məşq toplanışına yollanıb. Xatırladaq ki, Misli Premyer Liqasının 27-ci turunun “Şamaxı” - “Qarabağ” oyunundan sonra Elvin Cəfərquliyev və Abbas Hüseynov intizam qaydalarını pozduğu üçün baş məşqçi Qurban Qurbanov tərəfindən əsas komandadan uzaqlaşdırılmışdı. Elsevər Məmmədov