Binanın zirzəmisindən çürümüş meyit tapıldı
Bakıda binanın zirzəmisindən meyit tapılıb. “Qafqazinfo” xəbər verir ki, hadisə Nəsimi rayonu Cavadxan küçəsi 29 ünvanındakı binada baş verib. Belə ki, 55-60 yaşlı kişinin çürüməyə məruz qalmış meyiti iyunun 20-si saat 07 radələrində binanın zirzəmisində aşkarlanıb. Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Şərh verin