“Lido”da qadın qəfil vəfat etdi
Bakıda restoranda ölüm hadisəsi baş verib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iyunun 20-si saat 22 radələrində 1958-ci il təvəllüdlü paytaxt sakini Qızxanım Hüseynova Atatürk prospekti 69-da yerləşən “Lido” restoranında qəfil vəfat edib. Onun ürək çatışmazlığından həyatını itirdiyi bildirilib. Araşdırma aparılır.

Şərh verin