Qardaşının evinə qonaq getmişdi — 8-ci mərtəbədən yıxılıb öldü

Bakıda gənc qız faciəvi şəkildə ölüb. “Qafqazinfo” xəbər verir ki, iyunun 20-si saat 21 radələrində Bakı şəhər sakini 2002-ci il təvəllüdlü Əfsanə Nadir qızı Quliyeva qonaq olduğu qardaşının evində eyvandan yıxılıb. Belə ki, 24 yaşlı qız Mehmandarov küçəsində yerləşən binanın 8-ci mərtəbəsindəki evdə olarkən ehtiyatsızlıqdan yıxılıb. O, hadisə yerində ölüb. Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.