Sürücülərin nəzərinə: İsti havada maşında telefon və powerbank saxlamaq təhlükəlidir

Park edilmiş avtomobildə baş verən hadisə zamanı əvvəlcə salon daxilində saxlanılan mobil telefonlar alovlanıb, daha sonra isə yanğın bütün avtomobilə keçib. Milli.Az xəbər verir ki, təhlükəsizlik sahəsində çalışan mütəxəssis Elmar  Nurəliyevin sözlərinə görə, isti hava şəraitində avtomobilin içərisində temperatur çox yüksələrək təhlükəli səviyyəyə çata bilər: "Belə hallarda alışqan, mobil telefon, enerji bankı (powerbank) və batareya ilə işləyən digər elektron cihazların avtomobildə saxlanılması yanğın riskini artırır və ciddi fəsadlara yol aça bilər. Yay mövsümündə nəqliyyat vasitələrinin mümkün qədər kölgəlik ərazilərdə park edilməsini məsləhətdir. Əgər bu mümkün deyilsə, avtomobilin salonunun həddindən artıq qızmasının qarşısını almaq üçün ön şüşəyə günəş şüalarını əks etdirən qoruyucu örtük qoyulması tövsiyə edilir". Qeyd edək ki, avtomobillərdə yanğının yaranmasına səbəb olan əsas amillər sırasında yanacaq sistemində sızmalar, elektrik naqillərində qısaqapanma, izolyasiya qatının zədələnməsi, həmçinin akkumulyator və digər elektrik avadanlıqlarında meydana gələn texniki nasazlıqlar da göstərilir. Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)