Pezeşkian: Biz diplomatiyanı davam etdirməyə hazırıq

İran beynəlxalq hüquq çərçivəsində diplomatiyanı davam etdirməyə hazırdır. Milli.Az report-a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı deyib. O, regionda sülhün bərqərar olması üçün diplomatik prosesin davam etdirilməsinin vacibliyini vurğulayıb: "İran müharibə axtarmayıb və axtarmır. Qanunsuz hücumu ABŞ və İsrail edib". Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)