Bürcünüzə görə bu yay izləməli olduğunuz klassik film

Yaz ayları klassik filmləri yenidən kəşf etmək üçün ən gözəl zamandır. Bəs doğum ayınızın xarakterinizlə uyğunlaşan bir "yaz klassiki" olduğunu desək? Milli.Az doğum ayınıza görə bu yay mütləq izləməli olduğunuz filmləri təqdim edir: YANVAR: JURASSIC PARK Yanvar doğumlular intizamlı, iddialı və yenilikçidirlər. Təbiətə və elmə olan maraqları, Stiven Spilberqin bu əfsanəvi elmi-fantastik macəra filmi ilə mükəmməl uyğunlaşır. FEVRAL: MYSTIC PIZZA Fevralda doğulanlar özünəməxsus və yüksək xəyal gücünə sahibdirlər. Dostluq, sevgi və özünü kəşf etmə mövzularını işləyən bu film tam sizin ruhunuzu oxşayacaq. MART: JAWS Mart doğumluların cəsur və duyğusal tərəfləri güclüdür. Naməlum olana maraq və doğanın gücü ilə mübarizəni əks etdirən bu klassik gerilim filmi sizin üçün idealdır. APREL: NATIONAL LAMPOON'S VACATION Maceranı sevən və ailə bağlarına önəm verən Aprel doğumlular üçün bu film bol gülüş və unudulmaz yaz xatirələri vəd edir. MAY: BEFORE SUNRISE Dərin söhbətlərdən xoşlanan, intellektual və romantik May doğumlular üçün Vyanada keçən bu sehrli sevgi hekayəsi ən doğru seçimdir. İYUN: THE PARENT TRAP Ailəyə düşkün, şən və maraqlı İyun doğumlular üçün iki əkiz bacının valideynlərini bir araya gətirmə çabasını izləmək çox əyləncəli olacaq. İYUL: THE NOTEBOOK Duyğusal və sadiq İyyul doğumlular üçün bir yaz sevgisinin illərə meydan oxuyan hekayəsindən daha gözəl nə ola bilər? AVQUST: DIRTY DANCING Ehtiraslı və xarizmatik Avqust doğumlular üçün sevgi, rəqs və azadlıq temalı bu film yay ruhunu ən yaxşı əks etdirən əsərdir. SENTYABR: SAY ANYTHING Zəka və romantizmi birləşdirən Sentyabr doğumluların seçimi, qəlbin məntiqə meydan oxuduğu bu lirik sevgi hekayəsidir. OKTYABR: NOW AND THEN Dostluğa və keçmişə dəyər verən Oktyabr doğumlular üçün uşaqlıq dostlarının bir araya gəldiyi bu film nostalji dolu bir yolculuqdur. NOYABR: GREASE Enerjili və sosial Noyabr doğumlular üçün sevgi, dostluq və gənclik coşğusunu əyləncəli mahnılarla izah edən bu müzikal vazkeçilməzdir. DEKABR: RISKY BUSINESS Macerapərəst və hədəf odaklı Dekabr doğumlular üçün gözlənilməz hadisələrlə dolu bu film cəsarətinizi və dözümlülüyünüzü sınamaq üçün maraqlı seçimdir. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)