Badımcanı bir də belə yoxlayın
Badımcanın yumşaq teksturasını tulum pendirinin özünəməxsus dadı ilə birləşdirən bu yemək doyumluluğu ilə süfrələrinizdə fərq yaradacaq. Sobada bişən badımcanların içərisinə yerləşdirilən ləzzətli tərəvəz qarışığı və üzərindəki əriyən pendir sayəsində bu resepti həm ana yemək, həm də qəlyanaltı kimi süfrəyə verə bilərsiniz. Milli.Az lazım olan ərzaqları təqdim edir: 3 ədəd orta boy badımcan 150 qram tulum pendiri 1 ədəd qırmızı kapya bibər 2 ədəd yaşıl bibər 1 ədəd kiçik quru soğan 2 xörək qaşığı zeytun yağı 1 diş sarımsaq 1 çay qaşığı kəklikotu (kekik) Yarım çay qaşığı qara istiot Bir çimdik duz Üzəri üçün: 1 xörək qaşığı zeytun yağı və bir az xırda doğranmış cəfəri. Hazırlanması: Badımcanları zolaqlı soyun və uzununa iki yerə bölün. İç hissələrinə bıçaqla yüngül cızıqlar atın. Badımcanları yağlı kağız sərilmiş soba qabına düzün, üzərinə zeytun yağı sürtün. Əvvəlcədən qızdırılmış 200 dərəcə sobada təxminən 20 dəqiqə yumşalana qədər bişirin. Bu müddətdə soğan, qırmızı və yaşıl bibərləri xırda kublar şəklində doğrayın. Tavada zeytun yağını qızdırıb soğanları qovurun. Ardınca bibərləri və əzilmiş sarımsağı əlavə edin. Tərəvəzlər yumşalanda kəklikotu, istiot və duzu (pendirin duzunu nəzərə alaraq) əlavə edib ocaqdan götürün. Sobadan çıxan badımcanların orta hissəsini qaşıqla yüngülcə basaraq çuxur yaradın. Hazırladığınız tərəvəzli qarışığı badımcanların üzərinə bərabər paylayın. Tulum pendirini əlinizlə didib qarışığın üzərinə səpin. Yenidən sobaya qoyun və pendirlər yüngül qızarana qədər 10-15 dəqiqə daha bişirin. Sonda üzərinə xırda doğranmış cəfəri səpərək isti süfrəyə verin. Nuş olsun! İstəsəniz, badımcanları bişirməzdən əvvəl duzlu suda 15-20 dəqiqə saxlayıb acılığını ala bilərsiniz. Tulum pendiri adətən duzlu olur, buna görə də tərəvəz qarışığına duz əlavə edərkən ehtiyatlı olun. Tulum pendiri tapmasanız, ağ pendir, lor pendiri və ya holland pendirindən də istifadə edə bilərsiniz. Bu yeməyi qatıq və süzmə ilə servis edərək ləzzətini artıra bilərsiniz. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin