Mərdəkanda dənizdə batan 4 gəncin — Görüntüləri - Yenilənib

Xəbər verdiyimiz kimi, dünən Xəzər rayonu Mərdəkan çimərliyində 4 gənc batıb. “Qafqazinfo”nun məlumatına görə, dalğıc-xilasedicilər tərəfindən aparılan axtarışlar nəticəsində 1991-ci il təvəllüdlü Əzimov Namiq İsabala oğlunun, 2005-ci il təvəllüdlü Əbdülov Elnur İsa oğlunun və 2007-ci il təvəllüdlü Əbdülov Elmar İsa oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun axtarışları isə davam etdirilir. Ölənlərdən 21 yaşlı Elnurla 19 yaşlı Elmar qardaşdır. *** Sosial şəbəkələrdə faciəvi şəkildə vəfat edən gənclərin ölümündən əvvəl çəkildiyi deyilən videoları yayılıb. Sözügedən görüntüləri təqdim edirik: