Bakıda sirkə turşusundan zəhərlənən kişi ölüb
Bakıda sirkə turşusundan zəhərlənən kişi xəstəxanada həyatını itirib. Milli.Az xəbər verir ki, hadisə iyunun 12-də Binəqədi rayonunda baş verib. 1977-ci il təvəllüdlü Beyləqan rayon sakini Yalçın Abdullayev sirkə turşusundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, o, iyunun 22-də xəstəxanada vəfat edib. Onun hansı şəraitdə sirkə turşusu qəbul etdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin