Goranboyda qonşular dava etdi - Xəsarət alanlar var
Goranboyda qonşular arasında xəsarətlə nəticələnən dava olub. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Xoylu kəndində qeydə alınıb. Belə ki, 1959-cu il təvəllüdlü Solmaz Hüseynova, 1990-cı il təvəllüdlü Hüseyn Əsədov və onun oğlu 10 yaşlı T. Ə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər. İlkin məlumata görə, adıçəkilən şəxslər əkin sahəsinin suvarılması ilə bağlı qonşuları arasında düşən dava zamanı döyülüblər. Faktla bağlı araşdırma başlanılıb. Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin