Ağcabədidə itkin düşən yeniyetmələr Bakıda tapıldı

Ağcabədi rayonunda iki yeniyetmənin itkin düşərək naməlum istiqamətə getməsi və axtarışa elan olunması ilə bağlı polis əməkdaşları tərəfindən tədbirlər keçirilib. DİN-in Mətbuat Xidmətinin regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, tədbirlərlə həmin yeniyetmələrin Bakı şəhərində olduqları yer müəyyən olunub və aidiyyəti üzrə təhvil verilib. Onların itkin düşməsində kriminal tərkib müəyyən olunmayıb. Ziya Əmirxanlı